Narkotik satan Bakı sakini saxlanıldı

  30 Mart 2020    Oxunub : 1479
Narkotik satan Bakı sakini saxlanıldı
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilənm məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əmirov Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 39 qramdan artıq qurudulmuş marixuana, kirayədə yaşadığı evdən isə 59 qramdan çox metamfetamin, 492 qram pereqabalin, 10 qrama yaxın heroin və metilendioksimetamfematin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik