İtaliyada ölənlərin sayı 11 minə yaxınlaşır

  29 Mart 2020    Oxunub : 2451
 İtaliyada ölənlərin sayı 11 minə yaxınlaşır
İtaliyada son sutka ərzində koronavirusdan 756 nəfər ölüb, 5217 nəfərdə isə virusa yoluxma aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamenti məlumat yayıb.

Qeyd olunub ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 97 min 689, ölənlərin sayı isə 10 min 779 nəfərə çatıb.

Azvision.az

Teqlər: İtaliya   Koronavirus