28 nəfər tutulub

28 nəfər tutulub
  30 Dekabr 2013    Oxunub:1333
Gün ərzində 74 cinayət faktı qeydə alınıb.
Dekabrın 28-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 74 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 10 yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər ölmüş, 15 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 28 nəfər tutulub.


Teqlər:





Xəbər lenti