Türk mətbuatı Eldar Əzizovun tortundan yazdı

Türk mətbuatı Eldar Əzizovun tortundan yazdı
  29 Dekabr 2013    Oxunub:1269
Türkiyə mətbuatı Sumqayıtın icra başçısı Eldar Əzizovun bu gün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təqdim etdiyi 52 metrlik tortdan yazıb.

AzVision.az xəbər verir ki, “Yeni Şafak, Doğan və digər saytlarda Azərbaycanda Avropanın ən böyük tortu bişirdilib deyə, xəbərlər yerləşdirilib.

Bildirilib ki, tortu türk firması bişirib və istifadəsində 26 min yumurta, 2250 kq un, 1975 kq şəkər tozu, 1100 kq qoz və fındıq istifadə olundu. Tort təqdim edildikdən sonra şəhər sakinlərinə paylanılıb.

Tortu bişirən aşbaz Müzəffər Ağüloğlu bildirib ki, artıq 7 ildir ki, bu işlə məşğuldur:

“Bu artıq ənənə halını aldı. Bu tortu “Dünya Azərbaycanlıların Həmrəylik Günü üçün bişirdik. 52 metr uzunluğunda və 12 ton ağırlığında olan tortu 10 günə bişirmişik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti