“Mən 1 milyon dollar bağışladım” - Dünya ulduzundan dəstək çağırışı

  26 Mart 2020    Oxunub : 1932
“Mən 1 milyon dollar bağışladım” - Dünya ulduzundan dəstək çağırışı
Dünya şöhrətli Hollivud ulduzu, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsneqer koronavirusla mübarizə tədbirləri üçün bir milyon dollar bağışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə aktyor “Instagram” səhifəsində yazıb.

O vurğulayıb ki, hər şeyin pis olduğundan şikayətlənməyi heç vaxt doğru hesab etmir: "Hər kəs dünyamızın yaxşı olması üçün öz töhfəsini verməlidir. Xəstəxanalarımızda döyüşən əsl qəhrəmanlarımızı qorumaq üçün sadə bir yol tapdım. Fəxr edirəm ki, nəsə edə bilərəm. Mən 1 milyon dollar bağışladım və ümid edirəm ki, siz, bacara bilən hər kəs bu qəhrəmanları dəstəkləyəcək".

Qeyd edək ki, bundan əvvəl də aktyor bir sıra tibbi layihələr daxil olmaqla müxtəlif xeyriyyə tədbirlərində iştirak edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Aktyor