Dezinfeksiya edilməsi vacib olan sahə və səthlər açıqlandı

  24 Mart 2020    Oxunub : 1118
Dezinfeksiya edilməsi vacib olan sahə və səthlər açıqlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində dezinfeksiya edilməsi vacib olan sahə və səthləri açıqlayıb.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, bunlar ictimai iaşə müəssisələrinin ərazisi, binanın daxilində olan bölmələr, masa və stulların səthləri, pəncərələr və pəncərə altlıqları, tutacaqları, döşəmə və divar səthləri, qapılar və qapı tutacaqları, mətbəx avadanlıqları və təmizlik üçün istifadə olunan bölmələrdir.

Azvision.az

Teqlər: AQTA