Qobustanda ağır yol qəzası- 7 ölü, 1 yaralı

  28 Dekabr 2013    Oxunub : 531
Qobustanda ağır yol qəzası- 7 ölü, 1 yaralı
FHN Qobustanda ağır yol qəzası ilə bağlı məlumat yaydı: 7 ölü, 1 yaralı.
Fövqəladə Hallar Nazirliyi (FHN) Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qobustan rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə sürücü İ.T.Hacıəliyev və ona məxsus avtomobildə olan 4 nəfər sərnişin - 1985-ci il təv. Xəlilov Səməndər Kamran oğlu, 1937-ci il təv. Nuriyeva Tutu Kərim qızı, 1991-ci il təv. Mədətov Valeh Emin oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib, 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Digər avtomobilin sürücüsü N.Ə.Qasımov və ona məxsus avtomobildə olan 2 nəfər sərnişin - Əliyev Güloğlan Balaxan oğlu və Bəndəliyev Rəhman Əmrah oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər.

Hər iki avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər və yaralı yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.

Teqlər: