Kann Festivalı koronavirusa görə təxirə salınıb

 Kann Festivalı koronavirusa görə təxirə salınıb
  21 Mart 2020    Oxunub:4381
73-cü Kann Festivalı bu il iyunun sonunda və ya iyulun əvvəlində keçirilə bilər.
Azvision.az xəbər verir ki, Kann Festivalının təşkilatçıları koronavirus epidemiyasına görə festivalın may ayının 12-dən 23-dək baş tutmayacağını bildiriblər.

“Optimizmi saxlayır və ümid edirik ki, koronavirus epidemiyasının pik nöqtəsi martın sonuna təsadüf edəcək. Ancaq vəziyyəti anlayırıq, vəziyyət dəyişməsə festival ləğv olunacaq”,-deyə festivalın prezidenti Pyer Lekür (Pierre Lescure) qeyd edib.

Kann şəhərində planlaşdırılmış bir çox böyük festivallar və sərgilər naməlum tarixə qədər təxirə salınıb.

Azvision.az



Teqlər: Kann   Festival  





Xəbər lenti