Türkiyəli tələbənin meyiti ölkəsinə göndərildi

Türkiyəli tələbənin meyiti ölkəsinə göndərildi
  28 Dekabr 2013    Oxunub:1193
Bakı-Quba yolunda dekabrın 24-də baş verən qəzada ölən 5 nəfərdən biri Bakıda təhsil alan türkiyəli tələbədir.
AzVision.az xəbər verir ki, Nəcməddin Akçay Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 3-cü kursunda təhsil alırmış. Bu gün onun meyiti Türkiyənin Kocaeli bölgəsinə göndərilib.

N.Akçay üçün bu gün İlahiyyat məscidinə cənazə namazə qılınıb. Cənazə namazına Nəcməddin Akçayın müəllimləri, tələbə yoldaşları və dostları gəliblər.

Sevinc


Teqlər:  





Xəbər lenti