“Eurovision 2020” ləğv edildi - RƏSMİ

   “Eurovision 2020” ləğv edildi -    RƏSMİ
  18 Mart 2020    Oxunub:4691
Avropada koronavirus pandemiyasının yayılması səbəbindən “Eurovision 2020” mahnı müsabiqəsi ləğv edilib.
Azvision.az xəbər verir ki, bu barədə “Eurovision” təşkilatçıları tərəfindən müvafiq qərar qəbul edilib.

"Avropa Yayım Korporasiyası tədbirin keçirilməməsi ilə bağlı çətin qərarı verdi" - deyə Avropa Yayım Şurasının "Twitter"də yerləşdirdiyi məlumatda qeyd olunub.

Bildirilib ki, müsabiqənin gələn il Rotterdam şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılırdı. Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Samirə Əfəndi təmsil etməliydi.

Azvision.az



Teqlər: Evrovision  





Xəbər lenti