39 min manat pul oğurladı

39 min manat pul oğurladı
  28 Dekabr 2013    Oxunub:1300
Dərman şirkətinin baş ofisindən 39 min manat pul oğurlayan şəxs tutulub.
Nəsimi rayonunun ərazisindəki “Viraj Avenue” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən, Çin vətəndaşı Çi İ-yə məxsus “Tiens” dərman şirkətinin baş ofisində olan seyfin qapısını sındırmaq yolu ilə 39 min manat pul oğurlanıb.

Oğurluğu törədən Xırdalan şəhər sakini Ziya Manafov Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinin əməkdaşları isə cari il dekabr ayı ərzində Aslan Həsənova, Mixail Eyvazova, Elgün Tağıyevə məxsus mağazalardan pul, tütün məmulatı, ərzaq məhsulları, Azər Qasımovun velosipedini oğurlamış Bakı şəhər sakinləri Fikrət Mahmudovu, Afiq Fəttahovu, Əfsun Ələkbərovu və Yevlax rayon sakini Mehrac Bəkirovu yaxalayıblar.

Bundan əlavə Paytaxtın Yasamal rayonunda Etibar Bayramova məxsus mağazadan pul və danışıq kartları oğurlanıb.

Oğurluğu törətmiş Yevlax rayon sakini Şahmurad Xudaverdiyev rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Suraxanı rayonunda Qaraçuxur qəsəbəsində yaşayan Ayaz Kərimova məxsus “VAZ-2107” markalı avtomobildən pul oğurlanıb. Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin qəsəbə sakinləri Ramil Əliyev və Taleh Babayev tərəfindən törədilməsi müəyyən edilib.

Gəncə şəhərinin Oqtay Əhmədovun evindən oğurluğa cəhd göstərilib. Hadisəni törətməkdə şübhəli bilinən Göygöl rayon sakini Vedi Qəmbərov Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Yasamal rayonunun Şərifzadə küçəsində Bakı sakini Loğman Güllərova məxsus aptekdən oğurluğa cəhd göstərilib.

Rayon mühafizə və polis idarələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakini Namar Bəkirov, Bakı sakini Pərviz Niyazov və Ağdaş rayon sakini Qabil Sadıxov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti