Nərimanovda iki yanğın hadisəsi baş verib

Nərimanovda iki yanğın hadisəsi baş verib
  28 Dekabr 2013    Oxunub:974
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli evin damında taxtadan quraşdırılmış ümumi sahəsi 10 kv.m olan tikili yanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gün həm də Nərimanov rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin salonunun idarə etmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti