Bakıda koronavirusa görə tamaşalar dayandırıldı

   Bakıda koronavirusa görə tamaşalar dayandırıldı
  07 Mart 2020    Oxunub:8259
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaların nümayişini dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə teatrın Mətbuat Xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib.

Onun sözlərinə görə, tamaşaların dayandırılması koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə ilə əlaqədardır.

Qərar 27 mart tarixinədək qüvvədədir.

Azvision.az



Teqlər:





Xəbər lenti