ABŞ İdlib razılaşmasını dəstəklədi

  06 Mart 2020    Oxunub : 1316
ABŞ İdlib razılaşmasını dəstəklədi
ABŞ Rusiya və Türkiyə arasında İdlibə dair əldə edilən razılaşmanı dəstəkləyir.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin "Anadolu" agentliyinə verdiyi yazılı açıqlamada bildirilib.

"İdlibdə təhlükəli vəziyyətin aradan qaldırılmasını, Əsəd, Rusiya, İran və Hizbullah qüvvələrinin hücumu nəticəsində mülki əhalinin zərər görməsinin azalacağına ümid etdiyimiz türk-rus atəşkəsini dəstəkləyirik. Artıq ən önəmli məsələ, Əsəd və dəstəkçilərinin davamlı atəşkəsin ümid edildiyi bu anlaşmaya nə qədər əməl edəcəyidir. Bununla yanaşı ABŞ NATO üzvü olan Türkiyə ilə atəşkəsin detallarını müzakirə etməyi gözləyir", - deyə məlumatda qeyd olunub.

ABŞ hesab edir ki, Suriyada müharibəyə son qoymağın tək yolu ölkə miqyasında atəşkəsə nail olmaq və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində siyasi həllin tapılmasıdır.

Kənan Məmmədov
Azvision.az

Teqlər: ABŞ   Suriya   İdlib