Astarada yol-nəqliyyat hadisəsi

Astarada yol-nəqliyyat hadisəsi
  27 Dekabr 2013    Oxunub:1206
Astarada baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb.
Astara rayonunun Maşxan kəndində rayon sakini Əbülfəz Babayevin və Masallı rayon sakini Emin Əmişovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.

E.Əmişov və nəqliyyat vasitəsindəki sərnişinləri - Şiyəkəran kənd sakini Səbinə Qəhrəmanova, Cəlilabad rayon sakini Gülşən Səmədova xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, faktlarla bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti