50 dəqiqəlik Leyli-Məcnun

50 dəqiqəlik  Leyli-Məcnun
  14 Mart 2013    Oxunub:2416
Yeni “Leyli və Məcnun” martın 17-də ictimaiyyətə təqdim olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyovun eyniadlı operası əsasında yeni çəkilmiş 50 dəqiqəlik “Leyli və Məcnun” film-operası martın 17-də “Nizami” Kino Mərkəzində geniş ictimaiyyətə təqdim olunacaq.

AzVision.az xəbər verir ki, film-operada Məcnun rolunu Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə Xalq artisti Aygün Bayramova canlandırıb.

Əsərin ssenari müəllifi və rejissoru Mehdi Məmmədovdur.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin dediyinə görə, 2008-ci ildə “Leyli və Məcnun” operasının 100 illik yubileyi keçirilərkən belə bir layihənin reallaşdırılması qərara alınıb.

Müasir rəqəmsal texnologiya imkan verir ki, opera tamaşa formatından fərqli yeni versiyada göstərilsin.
Sevindirici haldır ki, bu möhtəşəm sənət əsər hazırda Bakıda keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı günlərində təqdim olunur.

Üç il ərzində ərsəyə gələn film-operanın çəkilişləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və “Buta Palace”də aparılıb.

Yeni ekran əsərinin yaxın gələcəkdə xarici ölkələrdə ingilis, rus, alman, ərəb subtitrləri ilə nümayişi nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti