Suriyanın daha bir hərbi təyyarəsi vuruldu

  03 Mart 2020    Oxunub : 2053
 Suriyanın daha bir hərbi təyyarəsi vuruldu
Suriyanın İdlib vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus daha bir hərbi təyyarə vurulub.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “L-39” hərbi təyyarəsi İdlib vilayətində Türkiyə ordusunun mövqelərinə təhdid yaratdığı üçün vurulub.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə hərbçiləri İdlib vilayətində Suriyaya məxsus iki “Su-24” qırıcı təyyarəsini məhv edib.

Azvision.az

Teqlər: Suriya   Türkiyə