Bakıdan Dubaya uçan təyyarə geri qayıtdı

   Bakıdan Dubaya uçan təyyarə geri qayıtdı
  02 Mart 2020    Oxunub:3091
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.
Azvision.az xəbər verir ki, bu barədə AZAL-ın məlumatında bildirilib.

Qeyd olunub ki, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.

Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib.

Azvision.az


Teqlər: Dubay   Təyyarə   AZAL  





Xəbər lenti