Akademik Musiqili Teatra Bişkekdən qomuz göndərilib

Akademik Musiqili Teatra Bişkekdən qomuz göndərilib
  27 Fevral 2020    Oxunub:2308
Qırğızıstan Respublikasının ölkəmizdəki konsulu Davron Almazbekov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub.
Teatrdan Azvision.az -a bildirilib ki, görüşdə konsul rejissor A.Babalının quruluş verdiyi “Cəmilə” (Ç.Aytmatov) tamaşası ilə bağlı aparılan hazırlıq işləri ilə yaxından maraqlanıb. O, Bişkekdən xüsusi olaraq Akademik Musiqili Teatra göndərilən qırğız xalqının milli musiqi alətini – tamaşada Atabəy İsmayılovun ifa edəcəyi qomuzu rejissora təqdim edib və bu səhnə əsərində istifadə olunacaq bəzi detalların məhz qırğızların milli mədəniyyətini əks etdirdiyini nəzərə alaraq, səfirliyin xüsusi təşəkkürünü teatr rəhbərliyinə bildirib.

D.Almazbekov iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə təkan verən belə layihələrə görə tamaşanın ideya müəllifi və bədii rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə və yaradıcı heyətə minnətdarlığını bildirib. O, gələcəkdə qarşılıqlı qastrol səfərlərlə müştərək mədəni əlaqələrin davam etdirilməsini arzulayıb.

Azvision.az



Teqlər: Teatr  





Xəbər lenti