Ermənistan məktəbində silahlı insident olub

Ermənistan məktəbində silahlı insident olub
  27 Fevral 2020    Oxunub:1668
Ermənistanın Tavuş bölgəsində silahlı insident baş verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Noyemberyan şəhərində yerləşən orta məktəblərdən birinə daxil olan şəxs sinifdə şagirdlərin gözü qarşısında ətrafa atəş açmağa başlayıb.

Sinfin şüşələri qırılıb, xəsarət alan olmayıb. Hadisəni məktəbin məzunu, 21 yaşlı Gegham M. törədib. O, polisdə sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.

Kustar üsulla hazırlanmış silah müsadirə edilib. Faktla bağlı araşdırma davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Məktəb  





Xəbər lenti