Tbilisidə koronavirus təhlükəsi - 19 nəfər xəstəxanaya yerləşdirildi

Tbilisidə koronavirus təhlükəsi -  19 nəfər xəstəxanaya yerləşdirildi
  27 Fevral 2020    Oxunub:1930
Hazırda Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasında 19 nəfər var, onlardan 17-də koronavirus müayinəsi aparılıb, birinə yoluxma diaqnozu qoyulub.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi Tenqiz Tsertsvadze deyib.

Onun sözlərinə görə, 13 nəfərin durumu qənaətbəxşdir, yüksək hərarət və qrip simptomları yoxdur, lakin nəzarət üçün onlar iki həftə karantində olacaqlar. Digər altı nəfər müalicəsini davam etdirir.

Baş həkim deyib ki, 16 nəfərdən üçünün müalicəyə ehtiyacı var: “Onlarda koronavirus yoxdur, amma qripdirlər və müalicə olunmalıdırlar. Buna görə də xəstəxanada qalacaqlar”.

Bildirilib ki, daha iki xəstənin koronavirus üçün testlərinin cavabı bir qədər sonra məlum olacaq.

Xatırladaq ki, fevralın 26-da Gürcüstanda ilk koronavirus infeksiyası təsdiqlənib. Xəstə İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşıdır. O, Gürcüstana Azərbaycan ərazisindən keçməklə gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti