Yerli və beynəlxalq elektron musiqi ifaçıları bir araya gələcək

Yerli və beynəlxalq elektron musiqi ifaçıları bir araya gələcək
  26 Fevral 2020    Oxunub:3063
Fevralın 27-də yerli və beynəlxalq elektron musiqi ifaçıları Bakıda bir araya gələcək.
Azvision.az xəbər verir ki,” Goethe Zentrum Baku” nun təşkilatçılığı ilə reallaşacaq tədbir M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi zalında gerçəkləşəcək.

Konsert çərçivəsində iki eksperimental elektron musiqi ifası səslənəcək. Belə ki, konsertdə Həzi Kərim və Anar Keytarmanın dueti, həmçinin niderlandlı modulyar- sintezator ustası Tomas Ankersmit öz dalğın və fleqmatik audio eksperimentləri ilə çıxış edəcəklər.

Gecə proqramı çərçivəsində sərt industrial musiqi Skalodromda ifa olunacaq. Moskvanın məşhur “Mutabor” klubundan Poima canlı duet ifa edəcək. Həmçinin gecədə Berlinin əfsanəvi “Trezor” klubunun nümayəndəsi və Almaniyanın texno səhnəsinin veteranı Pacou çıxış edəcək. Onlar səhnəni Reef, Leo Hazree və Tasktydusk ilə bölüşəcəklər.

Azvision.az



Teqlər: Musiqi   Yarış  





Xəbər lenti