“Ayaz Mütəllibov dəfələrlə bunu təkzib edib” - XİN rəsmisi
Bildirilib ki, Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərinin birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb.
“Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub,” - deyə L.Abdullayeva əlavə edib.
Qeyd olunub ki, Xocalı faciəsi epizodu üzrə aparılan istintaq zamanı 7500-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1800-dən çox şahid və 700 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib.
Bu günədək 16 dövlət milli qanunvericilik səviyyəsində Xocalıda törədilən faciləvi hadisələri soyqırım aktı kimi tanıyıb.
"Təəssüf ki, Ermənistan beynəlxalq qanunvericiliyə zidd olaraq öz işğalçı siyasətini bu gün də davam etdirir. Xocalı soyqırımının guya azərbaycanlıların törətdiyini utanmadan iddia edirlər. Sabiq prezident Ayaz Mütəllibov dəfələrlə bunu təkzib edib".
Pərvanə Sultanova
Azvision.az