Erkin Qədirlinin dairəsi ilə bağlı qərar verildi

  25 Fevral 2020    Oxunub : 1075
Erkin Qədirlinin dairəsi ilə bağlı qərar verildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsinin lider namizədi Qədirli Erkin Toğrul oğlu və onun səlahiyyətli nümayəndəsi Nicat Məmmədlinin müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçi həmin dairənin 8 məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş edib: “Araşdırma nəticəsində müəyyən olunub ki, şikayətçinin müraciətində əks olunan hallar öz təsdiqini tapmayıb. Bu baxımdan dairə seçki komissiyası doğru qərara gəlib. Ona görə şikayət təmin edilməməli və DSK-nın qərarı qüvvədə saxlanılmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Erkin-Qədirli