Ərdoğan martın 5-də Putinlə görüşə bilər

  25 Fevral 2020    Oxunub : 2269
Ərdoğan martın 5-də Putinlə görüşə bilər
"Rusiya Əsəd rejim qüvvələrini ən yüksək səviyyədə dəstəkləyir. İnkar etsələr də, bu, aşkar şəkildədir. Biz bu mübarizədə iştirak etməyə məcbur yox, məhkumuq”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putunlə mövzu ilə bağlı danışıqlar davam etdirilir.

"Rusiya heyəti İdlib danışıqları üçün sabah Türkiyəyə gələcək. Martın 5-də Putinlə bir araya gəlməyimiz gözlənilir”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ərdoğan   Putin   Türkiyə