Külli miqdarda pirotexnik vasitələr aşkar olunub

Külli miqdarda pirotexnik vasitələr aşkar olunub
  26 Dekabr 2013    Oxunub:1136
Aksiz Gömrük İdarəsi bu günlərdə paytaxtda Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Aksiz Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilov bildirib ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Abdullayev Elxan Elman oğlunun idarə etdiyi “Vaz-21074” markalı avtomobil saxlanılıb. Nəqliyyat vasitəsinin salonuna və yük yerinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşən Azərbaycan vətəndaşı Hacıyev Rauf Məhəmməd oğluna məxsus, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda yaylım fişəngləri, pirotexnik və tezalışan mallar aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti