“Azərbaycanla hərbi əməkdaşlıq gündən-günə inkişaf edir” - Ərdoğan

  25 Fevral 2020    Oxunub : 2008
 “Azərbaycanla hərbi əməkdaşlıq gündən-günə inkişaf edir” - Ərdoğan
Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər imzalanacaq yeni müqavilələr əsasında hər sahədə güclənəcək, inkişaf edəcək.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfərindən əvvəl keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq gündən–günə inkişaf edir.

Qeyd edək ki, Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Bakıya gəlir.

Azvision.az

Teqlər: Ərdoğan   Türkiyə