Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Cəbiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkar edilərək götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qurbanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 320 qrama yaxın heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun evindən 334 qramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Azvision.az
Teqlər: DİN