İlham Əliyev Ərdoğana başsağlığı verdi

 İlham Əliyev Ərdoğana başsağlığı verdi
  23 Fevral 2020    Oxunub:2923
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Azvision.az -ın məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Ərdoğan  





Xəbər lenti