Fransa səfiri Sumqayıt Teatrında olub

Fransa səfiri Sumqayıt Teatrında olub
  21 Fevral 2020    Oxunub:3382
Fransanın Respublikasının Azərbaycandakı səfiri Zakari Gros Sumqayıt Dövlət Dram Teatrının qonağı olub.
Azvision.az xəbər verir ki, qonaqları teatrla tanış edən Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov səfirə teatrın tarixi və repertuarı haqqında məlumat verib.

Hazırda teatrın repertuarında Marsel Berkye Marinye “Oğru” tamaşasının da yer aldığı barədə məlumatlandırılan səfir məmnunluğunu bilidrərək gələcəkdə Fransa-Azərbaycan teatrları arasında əməkdaşlığın ölkələrarası münasibətlərinin vacibliyini vurğulayıb.

Azvision.az





Teqlər: Teatr  





Xəbər lenti