Türkiyə XİN Almaniyadakı hücuma etirazını bildirdi
“Bunlara fərdi hücum kimi baxmaq mümkün deyil. Avropada getdikcə artan ksenofobiya ilə mübarizədə göstərilən laqeyidlik hər gün yeni hücumların baş verməsinə səbəb olur. Artıq bu hücumları dayandırmağın vaxtı gəlib çatıb. Əks təqdirdə, irqçilik və ksenofobiya daha ciddi səviyyəyə çatacaq.
Bütün Avropa ölkələrinin irqçilik və ksenofobiyaya qarşı birləşib bir səslə danışmasının zamanıdır. Biz irqçiliyə qarşı mübarizədə ikitərəfli və beynəlxalq sahələrdə lazımi əməkdaşlığı nümayiş etdirmək əzmindəyik və bu istiqamətdə səmimi səylərimizi davam etdirəcəyik”.
Qeyd edək ki, ötən gün Hanauda irqçilik zəminində baş vermiş silahlı hücum zamanı 5-i türk olmaqla 9 nəfər ölüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: