Ləzgi Dram Teatrında ingilis dilində tamaşa

  19 Fevral 2020    Oxunub : 2064
Ləzgi Dram Teatrında ingilis dilində tamaşa
Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarına ingilis dilində tamaşa təqdim edəcək.
Azvision.az xəbər verir ki, teatr kollektivi yazıçı–dramaturq İsi Məlikzadənin “Hərənin öz ulduzu” adlı səhnə əsərinin ingilis dilində hazırlanmasına başlayıb.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova bildirib ki, bu tamaşa Qusara gələn əcnəbi turistlər üçün nəzərdə tutulub.

Hazırda teatrda Cəfər Cabbarlının “Aydın” pyesi əsasında tamaşanın məşqləri də davam etdirilir. Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur.

Teatrın direktoru Faiq Qardaşov bildirib ki, daha bir tamaşa Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar gənc könüllülərin iştirakı ilə hazırlanır. Nağıl-tamaşada əsas rollar könüllülərə həvalə olunacaq.

Bundan başqa, Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarına Milli Teatr Gününə həsr olunmuş xüsusi tamaşa da təqdim edəcək. Bunun üçün xüsusi dekorasiyaların hazırlanmasına başlanılıb.

Azvision.az

Teqlər: Teatr   Tamaşa