Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb
  18 Fevral 2020    Oxunub:2082
Bakı şəhər sakini E.Kələşovun mobil telefonunu və 270 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini R.Quliyev Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, N.İsmayılovanın mobil telefonunu və Ş.Rəsulovanın 2980 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Kərimov isə 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Nərimanov rayonunda dörd avtomobildən məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Sadıqlı rayon polis idarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti