Xalq artisti xəstəxanadan evə buraxılıb

 Xalq artisti xəstəxanadan evə buraxılıb
  17 Fevral 2020    Oxunub:4024
Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb.
Bu barədə Azvision.az -a aktyorun qızı Leyli Dadaşova bildirib. Onun sözlərinə görə, hazırda atasının vəziyyəti bir qədər sabitdir: "İndi atam evdədir, xəstəxanadan yeni çıxarmışıq. Müalicələrini evdə davam etdirir”.

L.Dadaşova bildirib ki, həkimlər Rafael Dadaşova ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyublar. Xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Qeyd edək ki, Rafael Dadaşovda xərçəng xəstəliyinin aşkar edilməsi barədə məlumatlar yayılmışdı.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Xalqartisti   Xəstəxana  





Xəbər lenti