Gülər Əhmədovadan oğluna `Yeni il hədiyyəsi`

Gülər Əhmədovadan oğluna `Yeni il hədiyyəsi`
  25 Dekabr 2013    Oxunub:1174
Gülər Əhmədovadan 8 yaşlı oğluna “Yeni il hədiyyəsi”.
Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova 8 yaşlı oğlu Tamerlana Yeni il hədiyyəsi olaraq yazdığı şeri göndərib.


AzVision.az xəbər verir ki, şeri Gülər Əhmədovanın vəkili Əfsər Talıbov özünün facebook hesabında paylaşıb:

Yeni il hədiyyəsi

Bayram hədiyyəsi aldınmı oğlum?
Yolkanı kiminlə bəzədin oğlum?
Soyuq evimizdə gülə bildinmi,
Süfrəni kim açdı bəs sənə oğlum?

Novruz bayramında şam yandırmısan,
"Hamınınkı sönüb, anamkı yanır
Mən hələ yatmıram" - demisən oğlum.

3 Novruz bayramı gözləyəcəksən
Sonra gələcəyəm yanına oğlum.
3 Yolka bəzəsin dayın, əmingil,
Sən də ətrafında oynarsan oğlum.

Sənin göndərdiyin bütün şəkillər
Mənim kameramın bəzəyi olub.
Çoxdan görməmişəm, sacının ətri
Hər gecə burnuma dolur ay oğlum
Vəfalı, ağıllı, mehriban oğlum!!!


Teqlər:  





Xəbər lenti