TURKSOY-un baş katibi Akademik Musiqili Teatrın solistinə təşəkkür edib

TURKSOY-un baş katibi Akademik Musiqili Teatrın solistinə təşəkkür edib
  11 Fevral 2020    Oxunub:2917
TURKSOY Beynəlxalq Təşkilatının təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş "2020 – Abay Kunanbayevi anma ili" konsert proqramının təntənəli açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, türk dünyasının bir çox tanınmış opera ulduzlarının böyük coşqu ilə çıxış etdiyi tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Eleonora Mustafayevanın Türkiyənin “Cümhurbaşkanlığı simfonik orkestri”nin müşayiəti ilə qazax dilində ifa etdiyi A.Kunanbayevin “Jelsiz tünde jarık ay” (“Rüzigarsız gecədə parlaq ay”) əsəri də hamı tərəfindən alqışlarla qarşılanıb.

Mərasimin yekununda müxtəlif ölkələrdən olan tanınmış solistlərlə birlikdə Eleonora Mustafayeva da TÜRKSOY-un baş katibi tərəfindən mükafatlandırılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu konsertdə iştirak edən E.Mustafayeva yaradılan şəraitə görə zəhməti olan hər kəsə bir daha minnətdarlığını bildirib.





Azvision.az


Teqlər: TURKSOY  





Xəbər lenti