Gürcüstan MSK: “Azərbaycanda seçkilər uğurlu keçib”

   Gürcüstan MSK:  “Azərbaycanda seçkilər uğurlu keçib”
  10 Fevral 2020    Oxunub:2543
“Azərbaycanda parlament seçkiləri uğurlu keçib”.
Azvision.az xəbər verir ki, bunu parlament seçkilərinin nəticələri ilə əlaqədar keçirilən mətbuat konfransında Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Georgi Şarabidze bildirib.

Georgi Şarabidze deyib ki, bu gün bir sıra seçki məntəqələrində müşahidələr aparıblar: "Mərkəzi Seçki Komissiyası bütün lazımi tədbirləri görmüşdü və bütün qaydalara əməl olunurdu. Azərbaycanlı həmkarlarımı təbrik edirəm”.

MSK sədri, həmçinin qeyd edib ki, seçki məntəqələrində seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb:

"Baxmayaraq ki, seçki növbədənkənar idi və seçkinin hazırlanıb keçirilməsi üçün vaxt məhdud idi. Mərkəzi Seçki Komissiyası bütün tədbirləri seçki qanunvericiliyə uyğun keçirmişdi. Eyni zamanda beynəlxalq müşahidəçilərin də müşahidə aparması üçün lazımi şərait yaradılmışdı. Ona görə müşahidə prosesində heç bir maneə ilə qarşılaşmadıq".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti