Ermənistanın xarici borcu 6 milyard dollara çatıb

  06 Fevral 2020    Oxunub : 1599
 Ermənistanın xarici borcu 6 milyard dollara çatıb
Ermənistanın xarici dövlət borcu 2019-cu il dekabrın 31-dək olan vəziyyətə görə, 5 milyard 789.729 milyon dollar təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin oktyabr ayında xarici borc 5 milyard 573.289 milyon, noyabrda 5 milyard 626.252 milyon, dekabrın sonunda isə 5 milyard 789.729 milyon dollar olub.

Borc dekabr ayında noyabr ilə müqayisədə 163.477 milyon dollar artıb. Xarici borcun 5 milyard 300.412 milyon dolları hökumətin, qalanı isə Ermənistan Mərkəzi Bankının borcudur.

Dekabrın sonunda Ermənistanın dramla olan dövlət borcu 3 trilyon 513 milyard 403.1 milyon olub ki, bunun da 2 trilyon 777 milyard 332.9 milyon dramı xarici borcdur.

Azvision.az

Teqlər: Ermənistan   Borc