Sabiq prezidentin oğlu vəfat edib

  06 Fevral 2020    Oxunub : 2800
 Sabiq prezidentin oğlu vəfat edib
Qırğızıstanın ilk prezidenti Əskər Akayevin böyük oğlu Aydar Akayev 43 yaşında vəfat edib.
Azvision.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, o, ürək tutmasından dünyasını dəyişib.

Aydar Akayev həyat yoldaşı, oğlu və qızı ilə birlikdə Moskvada yaşayırdı. 2005-ci ildə bacısı Bermet ilə parlamentə seçilib, lakin Qırğızıstanda “lalə” inqilabından sonra seçkinin nəticələri ləğv edilib.

Maliyyə fırıldaqçılığı və vəsaitlərin mənimsənilməsi üzrə bir neçə cinayət işi açıldıqdan sonra prezidentin ailəsi ölkəni tərk edərək Rusiyanın paytaxtına gedib.

Qeyd edək ki, Aydar Akayev Qazaxıstan lideri Nursultan Nazarbayevin qızının keçmiş həyat yoldaşı olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qırğızıstan