Ağstafada xoşbəxt püşkatma mərasimi

Ağstafada xoşbəxt püşkatma mərasimi
  24 Dekabr 2013    Oxunub:1231
Ağstafa şəhərində yeni mənzillər sakinlərə püşkatma yolu ilə paylanıb.
Ağstafa şəhərində tikintisi başa çatmış 3 yeni yaşayış binasındakı 107 mənzilin sakinlər arasında bölüşdürülməsi üçün püşkatma mərasimi keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, şəhərdəki Heydər Əliyev mərkəzində keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açıb. O bildirb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Ağstafa şəhərində yaşayış üçün yararsız və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün Rafiq Alıcanov küçəsində 19 mənzilli, Hüseyn Arif küçəsində 40 və 48 mənzilli yeni yaşayış binalarının tikintisi başa çatdırılıb və həmin mənzillər püşkatma yolu ilə paylanacaq.

M.Quliyev yeni mənzil sahiblərini təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində yeni mənzillərin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ağstafalılara böyük hədiyyə olduğunu vurğulayıb.

Daha sonra rayon ictimaiyyətinin nümayəndələrindən təşkil olunan komissiya tərəfindən püşkatma keçirilib və yeni mənzillər sakinlərə paylanıb. Proses videolentə alınıb.

Tam şəffaf şəraitdə keçirilən püşkatma nəticəsində yeni mənzillərinə qovuşan sakinlər bu böyük hədiyyəyə, yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirib.


Teqlər:





Xəbər lenti