Gəncədə qadını girov götürən şəxs tutuldu
Dədə Qorqud küçəsində yerləşən yaşayış binasında bir kişi evdə bir qadını girov götürüb. O, evin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edir və bundan vazkeçmək üçün bəzi tələblərinin olduğunu bildirir. Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Binaya sakinlərin girişi qadağan olunub.