Tağı Əhmədov aylıq gəlirini açıqladı

 Tağı Əhmədov aylıq gəlirini açıqladı
  30 Yanvar 2020    Oxunub:13391
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov aylıq gəlirini açıqlayıb.

Azvision.az xəbər verir ki, Space telekanalında yayımlanan "Sadə həqiqətlər" verilişinin qonağı olan T.Əhmədov hər ay 3640 manat pensiya aldığını bildirib.
Sabiq rəis, həmçinin qeyd edib ki, hər ay Yeni Azərbaycan Partiyasından (YAP) 1000 manat, kafedra müdiri vəzifəsinə görə isə 1500 manat məvacib alır.

Qeyd edək ki, hazırda T.Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədridir.

Azvision.az


Teqlər: TağıƏhmədov  





Xəbər lenti