Əli Kərimli ilə bağlı məhkəmə iclası təxirə salınıb

Əli Kərimli ilə bağlı məhkəmə iclası təxirə salınıb
  29 Yanvar 2020    Oxunub:2094
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Cəmilə Musayevanın sədrliyi ilə nəzərdə tutulan iclasda Əli Kərimlinin vəkili Fəxrəddin Mehdiyev iştirak etməyib.

Cavabdeh tərəfin məhkəmədə iştirak etməməsi səbəbindən proses 18 fevral 2020-ci il tarixinə təxirə salınıb.

Qeyd edək ki, Aydın Əliyev AXCP-nin Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsindən qanunsuz yolla kənarlaşdırıldığını iddia edərək partiya sədri Əli Kərimlidən məhkəməyə şikayət edib.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: AXCP   Məhkəmə  





Xəbər lenti