Üç təşkilat seçkidə “exit poll” keçirəcək - Yenilənib

Üç təşkilat seçkidə “exit poll” keçirəcək -  Yenilənib
  29 Yanvar 2020    Oxunub:2774
Milli Məclisə seçkilərlə əlaqədar “exit poll” keçirmək üçün daha bir təşkilat Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında komissiyanın sədr müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, bu il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Rəy Monitorinq Mərkəzi MSK-ya müraciət edib.

R.Qasımovun sözlərinə görə, Rəy Monitorinq Mərkəzi “exit poll” keçirmək üçün kifayət qədər təcrübəlidir. Təşkilatın keçirəcəyi “exit poll” 118 dairə üzrə 1080 məntəqəni əhatə edəcək. Regionlarda 10 dayaq mərkəzi yaradılacaq. 1080 intervyer cəlb ediləcək.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb və Rəy Monitorinq Mərkəzi “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.

İclasda daha sonra “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə seçkidə "exit-poll" keçirmək üçün MSK-ya etdiyi müraciətə baxılaraq müsbət cavab verilib.

Bundan əvvəl isə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi akkreditasiyadan keçib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti