Magistraturaya sınaq imtahanı qəbul modeli əsasında aparılacaq

Magistraturaya sınaq imtahanı qəbul modeli əsasında aparılacaq
  29 Yanvar 2020    Oxunub:2568
Fevralın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.
Azvision.az xəbər verir ki, sınaq imtahanı qəbul modeli əsasında təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11-də başlanacaq. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.

İmtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq.

Xatırladaq ki, sınaq imtahanında iştirak etmək istəyənlərin yanvarın 21-dən 27-dək DİM-in internet saytında qeydiyyatı aparılıb.

Azvision.az



Teqlər: DİM   İmtahan   Sınaq  





Xəbər lenti