Rusiyalı məşhurun ABŞ-da ayağı sındı - FOTO

  28 Yanvar 2020    Oxunub : 2083
Rusiyalı məşhurun ABŞ-da ayağı sındı - FOTO
Rusiyalı tanınmış müğənni Kristina Orbakaytenin ayağı sınıb.
Azvision.az xəbər verir ki, bu barədə müğənni "Instagram" hesabında yazıb. O bildirib ki, ən azı 6 həftə addım ata bilməz, buna görə də fevral konsertlərini və çıxışlarını təxirə salıb. Orbakayte karyerasında ilk dəfə konsertlərini təxirə saldığını etiraf edib.

Xatırladaq ki, Orbakayte hazırda həyat yoldaşı Mixail Zemtsov və 7 yaşlı qızı Klavdiya ilə birlikdə ABŞ-dadır.



Azvision.az

Teqlər: Rusiya   Müğənni