Rusiyada 11 nəfər evdə yanaraq ölüb

  21 Yanvar 2020    Oxunub : 1938
 Rusiyada 11 nəfər evdə yanaraq ölüb
Rusiyanın Tomsk vilayətində yaşayış evində güclü yanğın olub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həlak olub, 2 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib.

Yanğında ölən və yaralanan şəxslərin Rusiyada işləyən Özbəkistan vətəndaşları olduğu bildirilir. Hələlik həmin şəxslərin adları açıqlanmayıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: Rusiya   Yanğın