Sergey Lavrov: “İşimi həmişə vicdanla yerinə yetirmişəm”

  16 Yanvar 2020    Oxunub : 1942
 Sergey Lavrov: “İşimi həmişə vicdanla yerinə yetirmişəm”
“Mən həmişə vəzifələrimi vicdanla yerinə yetirmişəm və indi də bunu davam etdirirəm".
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri vəzifəsini icra edən Sergey Lavrov yeni Nazirlər Kabinetində özünün mümkün təmsilçiliyi barədə danışarkən deyib.

“Əvvəla, bütün bu illər ərzində, institutu bitirdikdən sonra mən sadəcə hansısa vəzifələri tutmamışam. Hər zaman öz işimi vicdanla yerinə yetirmişəm və indi də bunu davam etdirirəm”, - deyə Lavrov jurnalistərə açıqlamasında bildirib.

Xatrladaq ki, dünən Rusiya hökuməti tam tərkibdə istefaya gedib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   XİN   Lavrov