Bakıya 100 ədəd “London taksisi” gətiriləcək

  15 Yanvar 2020    Oxunub : 3137
 Bakıya 100 ədəd “London taksisi” gətiriləcək
"Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” vardır. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik".
Azvision.az xəbər veri ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin qəbulunda deyib.

Nazirin sözlərinə görə, üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir: "Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir".

Azvision.az

Teqlər: Nazir   RaminQuluzadə