4 dəfə evlənən, içki aludəçisi olan məşhur aktyor - “Tanıdığım qadınla mənə xəyanət etdi”

4 dəfə evlənən, içki aludəçisi olan məşhur aktyor -  “Tanıdığım qadınla mənə xəyanət etdi”
  16 Yanvar 2020    Oxunub:26159
“Yeşilçam”ın məşhur aktyoru Münir Özkulun ikinci həyat yoldaşı, aktrisa Suna Selen illər sonra Türkiyə mətbuatına mərhum əri ilə bağlı geniş müsahibə verib. Aktrisa Münir Özkulun ona necə xəyanət etməsi və indiyədək heç kimin bilmədiyi evlilik həyatı barədə ilk dəfə etiraflar edib.

Azvision.az Suna Selenlə müsahibədən maraqlı məqamları oxuculara təqdim edir:
- Münir ilə 14 il birlikdə yaşadıq. Bu evlilikdən bir qızımız oldu. Qızımın 8 yaşı olanda biz boşandıq. Amma dostluğumuz davam etdi. Əlaqəmizi kəsmədik. Məndən sonrakı həyatında hər zaman onun yanında oldum. Münir oynadığı xarakterlər kimi dünyanın ən yaxşı insanı idi. Bütün çətinliklərə rəğmən, həyat eşqi ilə yaşayırdı. Çox optimist insan idi. Teatr sahəsində öz disiplini, xarakteri ilə seçilirdi. Atası rəhmətə gedən günü cənazə yerdən qaldırılandan sonra teatra gəlib, rolunu oynadı. Çox təəccübləndim və sənətini necə sevdiyini gördüm.



S.Selen tanınmış aktyorla teatrda tanış olduğunu söyləyib: “Onunla Bulvar teatrında tanış oldum. Onda mən evli idim. Bir il dost kimi çalışdıq və aramızda heç bir yaxınlıq olmadı. Bir ildən sonra mən boşandım. Münirlə “Leyləyin ömrü” tamaşasında rol aldıq. Yaratdığımız obrazlar bir-birinə aşiq olmalı idilər. Bizimki isə tamaşadan sonra da davam etdi. Aramızda olan münasibət aşiqlikdən çox gözəl dostluq ,heyranlıqdan ibarət idi. Sevgi başqa, aşiqlik başqadır. Aşiqlik Münir ilə onun 4-cü həyat yoldaşı Umman arasında olub. Gerçək aşiq onlar idilər”.



Mərhum aktyorun həyat yoldaşı onun bir vaxtlar spirtli içki aludəçisi olduğunu bildirib: “Alkoqol onun problemiydi, ancaq başqasına zərəri yox idi. Buna qarşı mübarizə aparırdı. Tətillərdə xəstəxanada yatırdı, müalicə olunurdu. Amma alkoqola görə bir dəfə də olsun teatr pərdəsini qapatmadı. Səhnəyə bir dəfə də olsun sərxoş çıxmadı.

Səs tonunu yüksəltmədi, döymədi, söymədi. Onunla kasıblıq, yoxluq belə keyifli idi. Biz teatr adamları idik, işləməyəndə pulumuz olmazdı. Amma kənardan bizim varlı olduğumuzu düşünürdülər. Hər şeydən xoşbəxt olardıq. Həyat təcrübədir. Təcrübələri isə qazanc kimi görürdük.



Qurtuluş küçəsində kiçik bir evdə qalırdıq. Maddi durumumuz çox pis idi. Sonra mən küçədən bir pişik tapdım və onu evimizə gətirdim. Öz qarnımızı güclə doyururduq, üstəlik də pişiyi yedizdirmək lazım idi. Üst mərtəbədəki qonşu pişiyə ciyər gətirdi. Düşündüm ki, bəlkə bu ciyərləri özümüz bişirib yeyək. Ancaq vicdanımız yol vermədi, pişiyə yedirdik”.

Müsahibin dediyinə görə, xoşbəxt cütlüyün boşanmasına aktyorun birinci xanımı səbəb olub.

“Olmayanda olmur. İlk həyat yoldaşa Şadan demişdi ki, məndən boşandın, ondan da boşan. İlk həyat yoldaşına qıymadı, hər halda. Məndən boşandı. “Şandan mənə belə deyir” dedi. O xanımdan iki uşağı var. Doğrudur, onunla mənə görə ayrılmamışdı, mən ev yıxan qadın olmamışam. Qızımız olanda birinci xanımı dedi ki, uşağa mənim adımı qoyun. Həyat yoldaşım da həssas adam idi. İki uşağının anası olduğundan onu qırmadı, qızımızın adını Şadan Güner qoydu. Mən də etiraz etmədim. Çox yaxşı ata idi. Sevginin, hətta aşırı sevginin gücünə inanırdı.



Bir dəfə mənə xəyanət etmişdi. Mən Anadoluya getmişdim. Münir mühəndis dostu ilə birlikdə qalırdı. Mən işimi bitirib, geri dönəndə birbaşa dostunun evinə getdim. Dostu qapını açanda məni görüb şok oldu. Münir yataqda mənim teatrdan tanıdığım qadınla birgə yatırdı. Məni görüb qıpqırmızı oldu. Həmin dövrdə silikon yox idi. Qadınlar sinələri dik dursun deyə, büsqalterlərinin içərisinə corab doldurardılar. Həyat yoldaşım xəyanətini ört basdır etmək üçün dedi ki, mən qadının sinəsinin təbii, yoxsa süni olduğunu yoxlayırdım. Mən də qapını çırpıb getdim".

Qeyd edək ki, aktyor 4 dəfə evli olub. Bu evliliklərdən 3 uşağı yadigar qalıb. O, 2018-ci il yanvarın 5-də 92 yaşında dünyasını dəyişib.











Hazırladı: Şahanə Rəhimli
Azvision.az


Teqlər: Aktyor   Kino   Film   Xanım   Teatr  





Xəbər lenti